Qolem

Filip S. tərəfindən çəkilən qolem təsviri

Qolem (ivr.גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır.

Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr.גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır.

İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı. Alnına emet (ivr.אמת, doğruluq‏‎) sözü yazıldı. Yəhudi xalqını qorudu və zaman keçdikcə gücləndi. Lakin şənbə günləri qolemin işləməsi qadağa idi, işləsə, alnından e hərfi silinər və met (ivr.מת, ölüm‏‎) sözü qalırdı və qolem hərəkətsiz bir formada dururdu. Bir şənbə günü e hərfini silməyi unutdular və qolem idarədən çıxıb hər şeyi dağıtmağa və insanlara zərər verməyə başladı. Beləliklə, alnındakı bütün hərfləri sildilər və qolem parçalara ayrılıb dağıldı. Parçalarını Praqdakı Altneu sinaqoqunun altındakı gizli bir otağa möhürlədiklərini əhvalat edirlər.

Xüsusiyyətlə fantastik mövzulu kitab və videooyunlarda qolemlərə tez-tez rast gəlinir. Əsasən, sehr və tilsimlərlə verilən əmrləri yerinə gətirməsi üçün canlandırılır. Verilən əmri yerinə gətirənə qədər və ya müəyyən bir zaman boyu qalır və sonra yox olur. Torpaq, qaya, ağac, atəş, dəmir, qan kimi müxtəlif növləri var. Qolem hansı maddədən düzəlibsə, o adla adlandırılır (qaya qolemi, dəmir qolemi və s.) və onun xüsusiyyətlərinə sahib olur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search